DÜNYA


İtaliyalı mütəxəssis: Zəlzələlər nəticəsində Anadolu yarımadası 3 metr sürüşüb

İtaliyalı mütəxəssis: Zəlzələlər nəticəsində Anadolu yarımadası 3 metr sürüşüb

Roma, 7 fevral, AZƏRTAC

Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş zəlzələlər nəticəsində Anadolu yarımadası 3 metr qərbə doğru sürüşüb.

AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Geofizika və Vulkanologiya İnstitutunun (INGV) rəhbəri Karlo Doqlioni deyib.

Zəlzələlərin Şərqi Anadolu, Ərəbistan və Afrika tektonik plitələrinin kəsişməsində baş verdiyini bildirən K.Doqlioni qeyd edib ki, Türkiyədən keçən iki böyük tektonik plitədən birində fəallıq müşahidə olunub. Həmin tektonik plitə boyunca yer səthi hərəkət edib və 3 metrlik sürüşmə olub. Bu, ilkin məlumatdır. Peyk məlumatlarından sonra bu sürüşmənin miqyası daha aydın olacaq.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələlər nəticəsində həlak olanların sayı 3549 nəfər, yaralıların sayı 22 min 168 nəfərdir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.