MƏDƏNİYYƏT


İtaliyalı pianoçu Bakıda konsert verəcək

Bakı, 20 avqust, AZƏRTAC

Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində “Fortepiano musiqisi axşamı” adlı tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, gecədə italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyev konsert proqramı ilə çıxış edəcək.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunacaq konsertdə dünya şöhrətli bəstəkarlar L.V.Bethovenin № 21 “Avrora” sonatası, F.Listin “Apres une lecture du Dante” fantaziya-sonatası, S.Prokofyevin 6 saylı Sonatası səslənəcək.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.