SİYASƏT


İtalyan senator: İtaliya Azərbaycanla yeni istiqamətlər üzrə münasibətləri möhkəmləndirməlidir

Roma, 27 noyabr, AZƏRTAC

Ermənistan tərəfindən heç bir əsası olmayan hərbi təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir.

AZƏRTAC xəbər verir ki, bunu İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun üzvü senator Urania Papatheu yerli mətbuata açıqlamasında bildirib.

Senator vurğulayıb ki, İtaliya müharibə başa çatandan sonra vəziyyətin mütəmadi olaraq normallaşması istiqamətində Azərbaycana kömək və dəstək göstərməlidir.

“İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır. Bu baxımdan, İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir”, - deyə Papatheu bildirib.

İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan razılaşma İtaliya tərəfindən dəstəklənməlidir. Bu, yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıcdır.

“İtaliya yalnız neft və qazla deyil, insan resursları və mədəni sahələrdə də Azərbaycanla əməkdaşlıqda fəal olmalıdır”, - deyə italyan senator fikirlərini tamamlayıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.