Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyanın akademik, mədəniyyət və diplomatiya aləminin nümayəndələri ulu öndər Heydər Əliyevlə bağlı fikirlərini bölüşüblər

İtaliyanın akademik, mədəniyyət və diplomatiya aləminin nümayəndələri ulu öndər Heydər Əliyevlə bağlı fikirlərini bölüşüblər

Roma, 12 dekabr, AZƏRTAC

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar İtaliyanın akademik, mədəniyyət və diplomatiya aləminin nümayəndələrinin yerli mətbuatda fikirləri yer alıb.

AZƏRTAC xəbər verir ki, Roma Sapienza Universitetinin tədqiqatçısı, Azərbaycanla bağlı çoxsaylı məqalə və kitabların müəllifi, professor Daniel Pommier deyib ki, tarix zaman-zaman elə şəxsiyyətlər yetişdirir ki, onlar gözlənilməz və çətin vəziyyətləri rasional şəkildə idarə etmək bacarığı ilə rəhbərlik etdikləri institutları və cəmiyyəti formalaşdırmağı bacarırlar. İtaliyalı professor vurğulayıb ki, Azərbaycana gələn hər kəs Heydər Əliyevin ölkənin ictimai həyatında irsini əyani şəkildə görür.

“Mən tələbələrə Azərbaycan tarixində Heydər Əliyevin rolunu izah edəndə tez-tez Türkiyənin Mustafa Kamal Atatürkünü misal çəkirəm. Mustafa Kamal kimi Heydər Əliyev də başqaları tərəfindən uduzulmuş müharibənin sonunda, ölkənin ərazi bütövlüyünə təhlükə olan, eləcə də vətəndaş müharibəsinin astanasında olan bir dövrdə ölkənin rəhbəri olub. Mustafa Kamal kimi Heydər Əliyev də müasir Azərbaycanı yenidən qurmaqla institusional, iqtisadi və sosial modernləşmə üçün fövqəladə səy göstərib. Mustafa Kamal kimi Heydər Əliyev də dərin institusional dünyəviləşməni təbliğ edirdi ki, bu da Azərbaycanın bu gün bütün İslam dünyasının bəlkə də ən dünyəvi ölkəsinə çevrilməsinə gətirib çıxardı. Aydındır ki, İtaliyanın postsovet məkanında ən mühüm tərəfdaşlarından biri olan bugünkü Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə qurulub”, - deyə D.Pommier bildirib.

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin jurnalisti Emmanuel Pietrobon isə bu fikirləri qeyd edib: “Müasir Azərbaycanı soyuq müharibə dövründən etibarən xalqın taleyində böyük rolu olan və Birinci Qarabağ müharibəsindən sonrakı çətin dirçəlişin memarı olmuş Heydər Əliyev şəxsiyyətindən danışmadan başa düşmək olmaz. Heydər Əliyev həm rəhbər, həm də yol göstərən olub. Biz, xüsusən də İtaliya, illər sonra Azərbaycanla strateji tərəfdaşlığın yaranmasına səbəb olan o bünövrəyə görə məhz Heydər Əliyev borcluyuq. Həqiqət ondan ibarətdir ki, Heydər Əliyevin o zamankı qərarları onun davamçısı İlham Əliyevin təbii sərvətlərdən sosial və geosiyasi məqsədlər üçün istifadədən başlayaraq, İtaliya ilə münasibətlərin gücləndirilməsinə qədər qərarlarına təsir etmiş oldu”.

İtalyan jurnalist Domeniko Letizia isə bildirib ki, Prezident Heydər Əliyev İtaliyaya səfər edən, siyasi və iqtisadi qurumlarla görüşən, bu gün daha da güclənən mövcud siyasi və diplomatik əlaqələri birləşdirən ilk Azərbaycan prezidenti olub. “Heydər Əliyev 1997-ci ildə İtaliyaya səfər etmiş, Azərbaycanın İtaliyada səfirliyinin açılmasına qərar vermiş və sonradan daha da gücləndirilmiş əlaqələrin əsasını qoymuşdur. İki ölkə arasında münasibətlər davamlı və artan iqtisadi və mədəni mübadilələr və strateji layihələrin təşviqi ilə inkişaf etmiş, yaxın dostluq səviyyəsinə yüksəlmişdir”, - deyə jurnalist fikirlərini tamamlayıb.

2001-2005-ci illərdə İtaliyanın Azərbaycanda səfiri olmuş, hazırda isə Azərbaycan Respublikasının İtaliyanın Genuya şəhərində Fəxri konsulu olan Marqarita Kosta Ümummilli Liderlə bağlı fikirlərini bölüşüb. “Heydər Əliyev: mərdlik, zəka, həssaslıq, qayğıkeşlik, xeyirxahlıq. Prezident Heydər Əliyev bütün bu xüsusiyyətlərə malik idi”, - deyən M.Kosta Ulu Öndərin siyasi baxışının “Əsrin müqaviləsi”ndə necə ortaya çıxdığını və bu baxışın Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə inşasına səbəb olduğunu bildirib.

“Heydər Əliyevin multikulturalizmə münasibəti 2002-ci ildə Papa II İohann Pavelin Azərbaycana səfəri zamanı özünü büruzə verdi. Belə ki, həmin səfər zamanı Ulu Öndər katolik kilsəsinin tikinti üçün torpaq sahəsi ayırdı və həmin tikintiyə dəstək göstərdi. Onun bu münasibəti bütün dinlərə son dərəcə hörmətlə yanaşan bütün Azərbaycanın təzahürüdür”, - deyə M.Kosta vurğulayıb.

O əlavə edib ki, 30 il ərzində Ermənistanın işğalı altında olmuş Azərbaycan əraziləri ötən ilin payızında Vətən müharibəsi nəticəsində azad edilib, məhz Heydər Əliyev o vaxt bildirib ki, Qarabağ Azərbaycana qayıdacaq. “İnsanlar arasında təmasları asanlaşdıran hər şeyi Heydər Əliyevin Azərbaycanında tapdım, bu münasibətlər bu gün İlham Əliyevin rəhbərliyi dövründə də davam etməkdədir”, - deyə M.Kosta fikirlərini tamamlayıb.

Roma Sapienza Universitetinin Avropa tarixi üzrə fəlsəfə doktoru Dariush Rahiminia da fikirlərini bölüşərək bildirib ki, Azərbaycanın küçələrində gəzərkən xalqın ümummilli lider Heydər Əliyevə bəslədiyi rəğbətin şahidi olursan. Heydər Əliyev Mərkəzi, Bakı Beynəlxalq Aeroportu kimi Azərbaycanda çoxsaylı yerlərin Ümummilli Liderin adı ilə bağlı olduğunu deyən italiyalı tədqiqatçı əlavə edib ki, tarix Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və milli iqtisadi rifahına nə qədər böyük töhfə verdiyini, eləcə də azərbaycanlıların bu gün də Heydər Əliyevin şəxsiyyətinə bağlı olduğunu göstərir.

İtaliyada Azərbaycanla bağlı çoxsaylı kitablar nəşr etmiş Sandro Teti isə qeyd edib: “Heydər Əliyev bütün azərbaycanlıların ona verdiyi ada tam layiqdir: Azərbaycan millətinin atası, Vətənin atası. Heydər Əliyev Azərbaycan dövlətinin qurulmasına, güclənməsinə və uzunmüddətli inkişafına əvəzsiz töhfələr verib”.

Naşir vurğulayıb: “1993-cü ildə ölkə ümidsiz vəziyyətdə idi, ərazisinin təxminən beşdə biri Ermənistan qoşunları tərəfindən işğal edilmiş, yoxsulluq həddinə çatmış, müxtəlif problemlərlə zəifləmişdi. Məhz həmin ildə Heydər Əliyev prezident oldu və dəmir iradə, fövqəladə zəka və parlaq intellekti ilə mümkün ola bilməyən bir missiyanı həyata keçirməyi bacardı. Həqiqətən də Heydər Əliyev iqtisadiyyatı bərpa etmək üçün müvafiq iqtisadi resurslar tapmağa, hərbi işğaldan və ağır iqtisadi çətinliklərdən əziyyət çəkmiş milyonlarla azərbaycanlının mənəvi durumunu yüksəltmək üçün etik, mənəvi və vətənpərvərlik resursları tapmağa nail oldu. Dahiyanə “Əsrin müqaviləsi” dövlət idarəçiliyinin, təhsil, tədqiqat, tikinti, infrastruktur və hərbi sektorun maliyyələşdirilməsi üçün ilk konkret addım idi. Heydər Əliyevin ölkənin inkişafı ilə bağlı uzunmüddətli baxışlarının, dövlətin inkişafı konsepsiyasının reallaşması onun gözlənilməz və vaxtsız ölümündən sonra dayanmadı”.

S.Teti bildirib ki, sovet dövründə Heydər Əliyev SSRİ-nin aparıcı dövlət xadimlərindən biri olub və həmin dövrdə Azərbaycan üçün Moskvadan infrastruktur, universitetlər, elmi-tədqiqat mərkəzləri, fabriklərin tikintisinə böyük resursların ayrılmasına nail olub.

“Azərbaycanın böyük dostu və Heydər Əliyevin pərəstişkarı, onu şəxsən tanıyan fizika üzrə Nobel mükafatı laureatı Jores Alferovun bir gün mənə dediklərini xatırlatmaq istəyirəm. “Qorbaçov Heydər Əliyevin böyük xarizmasından qorxduğu üçün onu uzaqlaşdırdı”, - deyə S.Teti qeyd edib.

O deyib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi yolda Prezident İlham Əliyev, onun hökuməti, bütün Azərbaycan xalqı məharətlə, əzmlə hərəkət edib və etməkdə davam edir. İyirmi ildən az bir müddət ərzində Azərbaycan fövqəladə iqtisadi yüksəlişə nail oldu, ölkə bütün sektorları əhatə edən fövqəladə modernləşmə prosesi yaşayır və bu proses 30 ilə yaxın müddətə Ermənistanın işğalı səbəbindən itirilmiş ərazilər üzərində suverenliyin bərpası ilə kuliminasiya nöqtəsinə yüksəlib.

Qeyd edək ki, İtaliyanın akademik, mədəniyyət və diplomatiya aləminin nümayəndələrinin fikirlərini əks etdirən məqalə “Kmetro0” analitik xəbər portalında dərc olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İqdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər

Xaçmazda bataqlığa düşən yeniyetmə axtarılır

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib

Türkiyə Superliqası: "Qalatasaray"dan növbəti qələbə

Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir

Qadın və kişi voleybolçuların Yüksək Liqasında üçüncü yer və final oyunlarının tarixləri bəlli olub

“Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib

“Doğma torpaq” filminin premyerası olub – Qarabağda çəkilən ilk bədii ekran əsəri

Misli Premyer Liqası: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib

AMADA Xankəndidə antidopinq maarifləndirmə proqramı həyata keçirib

BDU-nun Qazax filialında “Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları – Konstitusiyamız” mövzusunda intellektual yarış keçirilib

Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib

Bakıda türkiyəli rəssamın sərgisi açılıb

Azərbaycan-Gürcüstan əlaqələrinin güclənməsi regionun strateji əhəmiyyətini daha da artırır ŞƏRH

Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib VİDEO

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib VİDEO

Qazi Universitetində Azərbaycanın “Konstitusiya və Suverenlik İli”nə həsr olunan açıq dərs keçirilib

Şərqşünaslıq İnstitutunda “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik” mövzusunda respublika konfransı keçirilib

“Rəqəmsal gömrük və media” mövzusunda seminar keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB  VİDEO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB VİDEO

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

Mingəçevir şəhərində yeni su layihəsinin icrası başa çatdırılıb

İlk rübdə dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları proqnozu 6,7 milyon manat üstələyib

Naxçıvanda probasiya qeydiyyatında olan şəxslərə hüquqi və psixoloji yardım göstərilib

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

® “Ziraat Bank” Azərbaycan 2025-ci ilin 1-cü rübünü mənfəətlə başa vurub

“İRS” jurnalının yunan dilində növbəti nömrəsi işıq üzü görüb

Azad olunmuş ərazilərin tikintisi və minalardan təmizlənməsinə I rübdə 830 milyon manatdan çox vəsait xərclənib

FHN-in İdman-sağlamlıq klubunda çoxnövçülük üzrə çempionata yekun vurulub

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hədəfim ölkəmizə həkim kimi fayda verməkdir

İmtiyazlı şəxslərdən ibarət 62 nəfər sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

İqtisadiyyat nazirinin birinci müavini Gəncədə vətəndaşlarla görüşüb

Azərbaycanın dövlət borcu açıqlanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 8 fevral tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qazaxıstan nümayəndə heyəti Azərbaycan HHQ-ni ziyarət edib

Böyük Britaniyada dəniz suyundakı karbonun çıxarılması məqsədilə layihəyə start verilib

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

Milli Məclisin sədri Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edib

FHN: İntensiv yağışlarla əlaqədar yaranmış fəsadların nəticələri aradan qaldırılır

Dövlət sərhədində müşahidə edilən PUA zərərsizləşdirilib

Aqrar Universitet ilə “AzerBlast” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş Prokuror Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” mövzusunda mühazirə oxuyub

Sosial müdafiə və məşğulluq proqramları bu il daha da genişləndiriləcək

® ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti

Bu ilin ilk rübündə dövlət büdcəsi 1,7 milyard manatlıq profisitlə icra olunub

Yanğına qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyi artırılır - Şəkidə regional müşavirə

MDB PA-nın iclasında Azərbaycan xalqının faşizm üzərində Qələbədə rolundan danışılıb

Şirvanda topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb

Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı xüsusi və nümunəvidir ŞƏRH

İmişlidə keçirilən əmək yarmarkasında 150-ə yaxın vakansiya təqdim olunub

İntizam Komitəsinin qərarı ləğv edilib, iş əlavə araşdırılması üçün geri qaytarılıb

Azərbaycan və Türkiyənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

Kənd təsərrüfatı naziri Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Cansız əşyalara həyat verən kukla ustaları - REPORTAJ

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü: Əcnəbi turistlərin Qobustan haqqında təəssüratları

® “Ziraat Bank Azərbaycan” regionlardakı fəaliyyətini genişləndirir

“Qarabağ” həndbol klubundan ölkə çempionatında növbəti qələbə

Tacikistan səfiri: İstəyirik ki, yerli əhali və əcnəbilər Qarabağın yeni simasını görə bilsin

Nazirlik: Əmək müqavilələrini “e-sosial” portalının mobil tətbiqi vasitəsilə imzalamaq mümkündür

Nazir: Moldova Azərbaycan qazının idxalına ciddi maraq göstərir – MÜSAHİBƏ

“Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə mediatur və seminar təşkil olunub

Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib

Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Almaniya silahlı qüvvələrində xidmət etmək istəyənlərin sayı artır

Azərbaycanın pravoslav xristian icmasına

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar VİDEO

Görkəmli memar Fikrət Hüseynovun xatirəsinə həsr olunan elmi-praktik konfrans keçirilib

Fövqəladə hallar naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ürəyin qanı ilə” adlı sərgi açılıb

BMU-da “Qədim Alban yolu” kitabı və saytının təqdimatı olub

“Elektron Bələdiyyə” portalının təqdimatı olub

“Xanların şəcərəsi”: Qazax əlyazması dünya irsinə daxil edilib

Milli Məclisin sədri MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib

“Beşiktaş”ın müdafiəçisi sıradan çıxıb

Dubayda keçirilən beynəlxalq konfransda azərbaycanlı şərqşünasın məruzəsi dinlənilib

Yaponiya Ukraynaya təqribən 3 milyard dollar kredit verəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib

Aİ iqlim dayanıqlığı və su təhlükəsizliyi layihələrinə 86 milyon avro investisiya qoyur

Milli Kitabxanada “Bəxtiyar Vahabzadə-100” adlı metodik vəsait hazırlanıb

Ağcabədidən Kiyevə qədər gələn yol – Ukraynada çalışan azərbaycanlı vəkillə MÜSAHİBƏ

PSJ gənc futbolçusu ilə müqavilə müddətini uzadacaq

Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib – yolun açılması üçün tədbirlər görülür VİDEO

Qubanın 7 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib – yolun açılması üçün tədbirlər görülür VİDEO

Naxçıvanda istehlakçılara 2,6 milyon manat ƏDV məbləği geri qaytarılıb

Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir

“E-Şikayət” platformasına indiyədək 6 minə yaxın müraciət daxil olub

Kəngərlidə Milli Müdafiə Universitetinin təhsil müəssisələrinə qəbulun təşviqi ilə bağlı görüş keçirilib VİDEO

Kəngərlidə Milli Müdafiə Universitetinin təhsil müəssisələrinə qəbulun təşviqi ilə bağlı görüş keçirilib VİDEO

“HÜMA” incəsənət qalereyasında Anatoli Buzayevin sərgisi açılıb

“YAŞAT” Fondunun 1-ci intellektual marafonu başlayıb

Buraxılış imtahanında maksimum bal toplayan şagird uğurunun sirrini açıqlayıb VİDEO

Buraxılış imtahanında maksimum bal toplayan şagird uğurunun sirrini açıqlayıb VİDEO

Hematoloq: Cəmiyyətin talassemiya haqqında məlumatlandırılması xəstəliyin yayılmasının qarşısını alır

Professor Fərid Ələkbərlinin biblioqrafiyası çap olunub

Dünya mediası: Azərbaycanda nadir tapıntı aşkarlanıb

Marko Rubio: Fransa, Almaniya və Böyük Britaniya Ukraynada sülhə kömək edə bilər

İsveçdə dövlət qulluqçuları iqlim naminə anonim şəbəkədə birləşirlər

Bu ilin ilk rübündə DOST xidmətlərindən 213 min vətəndaş faydalanıb

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər

İndiyədək 44 uşaq himayədar ailələrə verilib

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb

AzTU ilə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu əməkdaşlığa başlayır