MƏDƏNİYYƏT


İtaliyanın məşhur virtuoz ifaçısı Fabio Lepore Bakıda konsert verəcək

Bakı, 22 fevral, AZƏRTAC

8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə İtaliyanın dünya şöhrətli caz musiqiçisi, virtuoz ifaçı Fabio Lepore Bakıda konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, “Landmark”da reallaşacaq konsertdə ifaçı hit caz nömrələri ilə yanaşı, dünya bəstəkarlarının yaradıcılığına da müraciət edəcək. İtaliyanın ən maraqlı musiqiçilərindən biri olan Fabio Lepore ilk dəfə doğma dilində ifa etdiyi ənənəvi caz musiqisi - vokal caz janrının qızıl dövrünün dəyərli əsərləri ilə diqqətləri cəlb etməyi bacarıb. Onun ifası nəyinki cazsevərləri, həm də ənənəvi musiqilərdə orijinallığı və xüsusiliyi axtaran dinləyicilərin ruhunu oxşayır.

O, London Caz Festivalı, Boston Yaşıl Festival, Dubay Caz Festivalı, Blue Bay Caz Festivalı kimi bir çox beynəlxalq festival və tədbirlərdə iştirak edib.

Biletləri şəhərin kassalarından və iticket.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.