İQTİSADİYYAT


İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib

Bakı, 14 sentyabr, AZƏRTAC

İxracatçılar Klubu və Dövlət Aqrar Ticarət Şirkəti arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 14-də İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun növbəti iclası keçirilib. İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-yə yaxın şirkətin nümayəndəsinin iştirak etdiyi tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib, İxracatçılar Klubu və "Dövlət Aqrar Ticarət Şirkəti" MMC arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.

İclasda AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev iqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqamət olduğunu vurğulayıb, Azərbaycan məhsullarının ixracı, "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı görülən işləri diqqətə çatdırıb. Yusif Abdullayev İxracatçılar Klubunun fəaliyyəti, klub tərəfindən ixracatçılara dəstək məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib.

"Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin direktoru Leyla Məmmədova çıxışında MMC-nin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində təsis edildiyini və əsas məqsədlərindən birinin fermerlərə satış imkanlarının, xarici bazarlara çıxışın genişləndirilməsində dəstək göstərmək olduğunu qeyd edib, bu istiqamətdə İxracatçılar Klubu ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sonda iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.