DÜNYA
İyul ayına benzinin qiyməti düşdüyü üçün inflyasiya xeyli ləngiyib
Vaşinqton, 11 avqust, AZƏRTAC
Əmək Statistika Bürosunun yeni hesabatında inflyasiya barədə məlumatlar göstərir ki, iyul ayında qiymətlərin artması zəifləyib və beləliklə, amerikalıların ailə büdcəsinə düşən gərginlik azalıb.
AZƏRTAC xəbər verir ki, Əmək Statistika Bürosunun məlumatına görə, iyul ayında istehlak qiymətləri indeksi (CPI) son bir il ərzində 8,5 faiz artıb. İyun ayı ilə müqayisədə iyul ayında artım 9,1 faiz olub. Aylıq hesablamada istehlak qiymətləri indeksi iyul ayında 1,3 faiz artıb, yəni iyun ayındakı artımla müqayisədə dəyişməz qalıb. Son bir ayda ərzaqla bağlı və kommunal xərclər artdığı halda benzinin qiymət indeksi 7,7 faiz azalıb.
Prezident Co Bayden çərşənbə günü bildirib ki, inflyasiya ləngisə də onun cilovlanması üçün görülən işlər “hələ başa çatmayıb”, çünki Ukraynada müharibə, tədarük zəncirlərində fasilələr və COVID-19 pandemiyası üzündən Asiyada müəssisələrin işlərinin dayandırılması ilə bağlı qlobal problemlər qarşıdakı aylarda “əlavə çətinliklər yarada bilər”.
AZƏRTAC–ın Vaşinqton bürosu