CƏMİYYƏT


İyulun 23-də Azərbaycanda koronavirusa qarşı 46 minə yaxın vaksin vurulub

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 45 min 734 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 13 min 720, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 32 min 14 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 461 min 701-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 616 min 230, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 845 min 471 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.