CƏMİYYƏT
İyunda Qida Təhlükəsizliyi Agentliyinin “Çağrı mərkəzi”nə 1405 müraciət daxil olub
Bakı, 1 iyul, AZƏRTAC
Bu ilin iyun ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı mərkəzi”nə ümumilikdə 1405 müraciət daxil olub. Həmin müraciətlərdən 330-u sertifikatlaşdırma və qeydiyyat, 353-ü idxal-ixrac əməliyyatları, 127-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida zəhərlənmələri ilə əlaqədar 33 müraciət daxil olsa da, onlardan yalnız 12-si öz təsdiqini tapıb. Müraciətlərin hamısı araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Ay ərzində edilən müraciətlərin 69-u işə qəbulla əlaqədar, 493-ü isə digər xarakterli müraciətlər olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:18]
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]