CƏMİYYƏT


İyunun 25-də Azərbaycanda COVID-19 əleyhinə 1385 doza vaksin vurulub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1385 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 234, ikinci doza vaksinlərin sayı 166, üç və daha çox doza vaksinlərin sayı 843, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 142-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 760 min 616, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 353 min 365, ikinci mərhələ üzrə 4 milyon 853 min 88, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 305 min 378, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 248 min 785-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.