SİYASƏT


Jalə Əliyeva: Beynəlxalq ictimaiyyət Ermənistanın cinayətkar əməllərinin qarşısını almalıdır

Bakı, 17 sentyabr, AZƏRTAC

Yunan filosoflarından biri hələ uzun əsrlər öncə demişdir: "Allah bir insana cəza vermək istəyirsə, ilk əvvəl onun ağlını alır". Bəli, bu müdrik kəlamı xalqlara transfer etmiş olsaq, ilk ağla gələn, birinci və mütləq şəkildə məkrli və hiyləgər ermənilər olur. Üç əsrə (XIX əsrin əvvəllərindən bu yana) yaxındır bu ərazilərə, bizim coğrafiyaya, qədim türk torpaqlarına məqsədli şəkildə köçürülən, köçürüldükləri gündən də başımızın hər mənada bəlasına, fəlakətinə çevrilən murdar qonşularımız bu müdrik kəlamı öz əməlləri, öz "dəyərləri" ilə tam haqq edirlər... Çünki XIX əsrdən qonağı olduğu torpaqlarda, bizim torpaqlarda özlərini sanki həyasız, üzlü, çağırılmamış qonaq, hətta "ev sahibi" kimi aparır, bütün insani və bəşəri dəyərləri, beynəlxalq hüququn norma və qaydalarını açıq-aşkar şəkildə tapdalayırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, professor Jalə Əliyeva deyib.

Deputat bildirib ki, qədim türk-Azərbaycan ərazilərində havadarlarının təzyiqi ilə Ermənistan adlı qondarma dövlət qurmağa nail olan ermənilər son 32 ildə yenə də bizim ərazilər hesabına ikinci erməni dövləti yaratmağa cəhd edirlər və bunun üçün də törətmədikləri qanlı, cinayətkar əməllər, fitnəkarlıqlar, təxribatlar qalmayıb. Bütün insani hisslərdən və dəyərlərdən uzaq olmuş və bu gün də bu mənada daha uzağa gedən ermənilər, onların başabəla, rasist, nasist, terrorçu siyasətçiləri dünyada baş verən istənilən faciədən, göz yaşlarından, insanlıq dramlarından fürsəti əldən vermədən yararlanmağa çalışırlar. Bir neçə il öncə Azərbaycanın işğal olunmuş ərazilərinə Suriyada yaşayan erməniləri köçürməklə kifayətlənməyən erməni hakim dairələri indi də Livan ermənilərinin "pişvazı"na çıxıblar... Bir müddət öncə Livanda baş vermiş fəlakətdən sonra evsiz-eşiksiz qalmaları bəhanəsi ilə Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırmağa başlayıblar. Sanki bu torpaqlar onların dədə-babalarının torpağıdır, istədiklərinə "peşkəş" edə bilərlər... Bunun adı cinayətkarlıqdır, barbarlıqdır, erməni həyasızlığıdır, bunun adı erməni simasızlığı və murdarlığıdır...Özü də sanki əllərindən gələni edirlər və etməyə çalışırlar ki, lüğətdəki bütün mənfi sözləri, söyüşləri, təhqirləri eşitsinlər, özlərinə, canlarına hopdursunlar. Heç bir dəyər qalmayıb... Ancaq artıq buna "dur" deyilməlidir. Bu cinayətin, cinayətkarların, terrorçuların qarşısı alınmalı, cəzası verilməlidir. Özü də bu cəzanı Ermənistanı bu cinayətlərə həvəsləndirənlər özləri verməlidirlər. Dörd qətnaməsinin icrasını təmin etməyən BMT və onun Təhlükəsizlik Şurası, o cümlədən ATƏT və onun Minsk qrupu... Bu, ilk növbədə, onların vəzifəsi və borcudur. Biri 27 ildir 4 qətnamə qəbul edib, amma heç nəyə nail olmayıb, biri də 23 ildir guya vasitəçilik missiyası ilə məşğuldur, amma heç bir irəliləyiş baş verməyib. İndi zəhmət çəkib missiyalarını həyata keçirsinlər, qətnamələrinin icrasına nail olsunlar, ədaləti, sülhü, təhlükəsizliyi təmin etsinlər, Ermənistanı həm qanunsuz məskunlaşdırma siyasətindən, həm də təcavüzkarlıq hərəkətlərindən çəkindirsinlər. Yalnız bundan sonra onların ədalətinə inanmaq, missiyasına etibar etmək olar. Amma...təəssüf... Görünən odur ki, atalar məsəlində də deyildiyi kimi, taylı tayını tapar... Onlardan haqq, ədalət gözləməyinə dəyməz...Amma dediyim kimi, artıq işğala, işğalçı davranışlara "dur" deməyin əsl məqamı və zamanıdır. İnanırıq və qəti şəkildə əminik ki, belə də olacaq, Ali Baş Komandanın əmri və rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycan xalqı ilə birlikdə hər mənada öz sözünü deyəcək, Ermənistana, onun müxtəlif coğrafiyalardakı qanlı havadarlarına haqq etdikləri yeri tanıdacaq...O gün isə uzaqda deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.