SİYASƏT


Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır

Bakı, 21 sentyabr, Vüqar Əliyev, AZƏRTAC

Yüz il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin yaradılması mühüm addım idi. Müsəlman aləmində ilk demokratik dövlət yaratmaqla Azərbaycan həm də müxtəlif dinlərin, xalqların nümayəndələrinin bir yerdə yaşamalarının nə qədər önəmli olduğunu nümayiş etdirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda deyib.

Jan-Fransua Mansel vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlament 300-dən çox sənədi, o cümlədən qadınlara səsvermə hüququ verilməsinə dair qərarı təsdiq edib. Bu, bütün dünyaya bir nümunə olub.

Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə toxunan Jan-Fransua Mansel bu dövrdə parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun misilsiz xidmətlərindən söhbət açıb.

O, Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlərin xüsusi rol oynadığını vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.