İDMAN


Jerar Pike futbol üzrə İspaniya 5-ci divizionunda çıxış edən “Andorra” klubunu satın alıb

Bakı, 31 dekabr, AZƏRTAC

Futbol üzrə İspaniya millisinin və “Barselona” klubunun müdafiəçisi Jerar Pike bu ölkənin beşinci divizionunda çıxış edən “Andorra” klubunu satın alıb.

AZƏRTAC “Marka” nəşrinə istinadla xəbər verir ki, ispaniyalı müdafiəçinin klubun keçmiş səhmdarları ilə görüşündə bu barədə razılığa gəlinib. Hazırda “Andorra” klubunun borcu 200 min avroya çatıb. Bu borc ödənildikdən sonra Pike rəsmən klubun yeni sahibi olacaq.

Jerar Pike on ildir Kataloniya təmsilçisinin idman şərəfini qoruyur. O, 2008-ci ildə İngiltərənin “Mançester Yunayted” klubundan 5 milyon avroya transfer edilib. Futbolçu “Barselona”nın heyətində 296 oyunda 26 dəfə fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.