MƏDƏNİYYƏT
Jilber Pepən: Azərbaycanlı, gənc pianoçunun ifa texnikası gözəldir VİDEO
Paris, 28 sentyabr, AZƏRTAC
Bu, bir möcüzədir. Belə gənc yaşında klassikanı bu cür gözəl ifa etmək asan deyil. Pianoçu gənc olsa da, bunun öhdəsindən məharətlə gəldi. Musiqiçi ailəsində anadan olduğum üçün musiqiyə çox həssasam. Valideynlərim musiqiçi olublar. Azərbaycanlı, gənc pianoçunun ifa texnikası fövqəldir. Musiqi alətinin də böyük təsiri olur, ona görə pianonun da möhtəşəm olduğunu qeyd etməliyəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransadakı səfirliyimizin dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Dostları Assosiasiyasının (ADA) birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüquq verilməsinin 100 illiyi münasibətilə təşkil olunmuş konsertdən sonra Jilber Pepən söyləyib.
“Çox gözəl anlar yaşadıq. Konsertə gəldiyimə şadam. Bu konsertdən bütün dünləyicilər məmnun oldu. Azərbaycanda səfərdə olmuşam. Onun təkcə musiqisini deyil, həm də təbiətini çox sevirəm. Bakı şəhərinin memarlıq üslubunu bəyəndim. Gözəl şəhərdir”, - deyə J.Pepən bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris