İDMAN


Jurnalistlər arasında stolüstü tennis turniri keçiriləcək

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Stolüstü Tennis Federasiyası 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri arasında stolüstü tennis turniri təşkil edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnir iyulun 14-də saat 10:00-da "Şüa" idman sağlamlıq kompleksində start götürəcək. Yarışın qaliblərinə Federasiyanın diplom və mükafatları təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyən media nümayəndələri iyulun 10-dək 012 408 74 54 telefonuna zəng etməklə və ya [email protected] e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.