İQTİSADİYYAT


KADRLAR MÜSABİQƏ YOLU İLƏ SEÇİLİR

Rabitə Nazirliyi Bakı şəhərində poçt rabitəsi sahəsində çalışmaq üçün 10 nəfər daha bilikli və bacarıqlı işçi seçmək məqsədilə 40 yaşınadək orta və ali təhsilli rabitəçilər, mühasıb-iqtisadçılar arasında müsabiqə elan etmişdir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin şərtlərinə görə, iştirakçılar ingilis dilini bilməli, kompüterdə işləməyi bacarmalıdırlar. Qaliblərə təklif olunan ilkin aylıq əmək haqqı 200-300 min manatdır.

Sənədlər avqustun 31-dək şənbə və bazar günlərindən başqa hər gün “Azərpoçt” Dövlət müəssisəsinin kadrlar şöbəsində (Ü.Hacıbəyov, 36) qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.