REGİONLAR
KƏND TƏSƏRRÜFATI TEXNİKASININ ALINMASI DAVAM EDİR
Ötən 8 il ərzində Yaponiya hökumətinin ümumi qrant yardımları çərçivəsində ölkəmizə 213 traktor, 207 taxılyığan, 186 yer şumlayan, 186 toxumsəpən maşınlar gətirilmişdir.
Alınmış bütün texnika lizinq qaydasında respublikanın rayonlarında fəaliyyət göstərən fermer təsərrüfatlarına, digər hüquqi və fiziki şəxslərə icarəyə verilmişdir.
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının məlumatına əsasən, Yaponiya qrantları hesabına alınan son texnikanın istifadəsindən Tərəfdaşlıq Fonduna yığılan vəsaitə yenidən kənd təsərrüfatı texnikası alınacaqdır. Artıq bu məqsədlə tender keçirilmişdir. Bu qrant proqramı hesabına alınan 773 ədəd texnikanın isifadəsindən 62614,4 milyon manata (köhnə manatla) qarşı 34237,8 milyon manat, Tərəfdaşlıq Fondu hesabına alınan 352 texnikanın istifadəsindən isə 3306,0 milyon manata qarşı 4003,5 milyon manat gəlir əldə olunmuşdur.