İQTİSADİYYAT
KARTLA ÖDƏNİŞLƏR ÜZRƏ PROSESSİNQ MƏRKƏZİ YARADILACAQDIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar artıq ikimərhələli müsabiqə elan edilmiş və bu çərçivədə mikroprosessorlar və maqnit lenti əsasında beynəlxalq və yerli plastik kartlar buraxmaq üçün avadanlıq və proqram təminatı almaq nəzərdə tutulmuşdur.
Bu plastik kartların buraxılması həm müasir telekommunikasiya şəbəkəsi olan şəhərlərdə, həm də belə şəraiti olmayan rayonlarda əməliyyatlar aparmağa, habelə nağdsız əsasda xırda ödənişlər etməyə imkan verməlidir. Bununla yanaşı, mərkəzin plastik kartları vasitəsilə rayonlarda pensiya və müavinətlər verilməsi, habelə kommunal xidmətlər üçün ödənişlərin toplanması da nəzərdə tutulur.
Kartla ödənişlər üzrə prosessinq mərkəzinin yaradılması üçün müqavilə 2004-cü ildə imzalanacaqdır.