SİYASƏT
KEŞLƏ SAKİNLƏRİ REFERENDUMU DƏSTƏKLƏYİRLƏR
İyulun 30-da Nizami rayonunun Keşlə qəsəbəsindəki istirahət pakında tanınmış estrada müğənnilərinin iştirakı ilə böyük konsert olmuşdur. Parka toplaşmış səkkiz minədək dinləyici sevimli ifaçıların çıxışlarını hərarətli alqışlarla qarşılamışdır. Uğurla keçən bu tədbir sonda bir növ mitinqə çevrilmişdir. İfaçılara minnətdarlıq edən qəsəbə sakinləri, eyni zamanda, indi hamının diqqət mərkəzində olan qarşıdakı referenduma da öz münasibətlərini bildirmiş, ümumxalq səsverməsində fəal iştirak edəcəklərini vurğulamışlar.
Qəsəbə şakinləri demişlər ki, bu tədbir xalqımızın yüksək əhval-ruhiyyəsini, Azərbaycan Prezidenti Heydər Əliyevin siyasətini dəstəkləməsini bir daha nümayiş etdirir.
Rayonda sosial problemlərin həlli, abadlaşdırma ilə yanaşı, son vaxtlar bilavasitə yaşayış məhəllələrində iş aparılmasına da üstünlük verilir. Nümunəvi məhəllələr yaradılır, məhəllə bayramları və digər tədbirlər keçirilir ki, bu da sakinlərlə daha sıx əlaqə saxlamağa imkan verir.