Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

KİV nümayəndələri SOCAR-ın Sumqayıtda həyata keçirdiyi layihələrlə tanış olublar VİDEO

Sumqayıt, 14 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ən böyük investisiya layihələrini məhz Azərbaycanda reallaşdırır. Neft və qaz hasilatı sahəsində “Şahdəniz 2” kimi nəhəng layihələrlə yanaşı, SOCAR-ın həm də neft və qaz emalı sənayesində həyata keçirdiyi böyük layihələr uğurla davam etdirilir. Bu layihələrin məqsədi Azərbaycanın ixrac potensialı və gəlirlərini artırmaqla yanaşı, yeni iş yerləri yaratmaq, kimya sənayesinin rəmzi olan Sumqayıt şəhərinin və bütövlükdə ölkəmizin iqtisadi inkişafına təkan verməkdir. SOCAR-ın Sumqayıtda həyata keçirdiyi perspektivli layihələrin icrası ilə tanışlıq məqsədilə sentyabrın 14-də respublikanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri “Azərikimya” İstehsalat Birliyində olublar.

AZƏRTAC xəbər verir ki, mətbuat nümayəndələri yüksək peşəkarlığa və texniki biliyə malik kadrların hazırlanması və ixtisaslarının təkmilləşdirilməsi məqsədilə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən 2012-ci ildə Sumqayıtda yaradılan müasir tipli Təlim-Tədris Mərkəzində yeni dərs ilinin açılış mərasimində iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himni ifa olunduqdan sonra məktəbin müəllim və şagird kollektivi KİV nümayəndələri ilə birgə torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuş 54 kimyaçının şərəfinə ucaldılmış xatirə kompleksini ziyarət edib, abidə önünə qərənfillər düzüblər.

SOCAR-ın vitse–prezidenti Xaliq Məmmədov, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və pedaqoji kollektivi təbrik edib, qəbul zamanı yüksək bal toplayan şagirdlərə vəsiqələr veriblər.

Sonra qonaqlar “Azərikimya” İB-nin əsas istehsalat müəssisəsi olan Etilen-polietilen zavoduna gəliblər. KİV nümayəndələri zavodun azot-oksigen kompleksi, susoyutma qurğusu, mütləqləşdirilmiş izopril spirti sahəsi, istehsalata və keyfiyyətə nəzarət, həmçinin sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriya, propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və butan-butilen fraksiyasının hidrogen qurğularında olublar. Jurnalistlərə yeni layihələr, perspektiv planlar haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, İstehsalat Birliyinin 2015-2019-cu illər üçün əsas hədəfi mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək polipropilen və yüksəksıxlıqlı polietilen istehsalatlarının tələb olunan miqdarda və keyfiyyətdə xammalla təmin edilməsi, eləcə də EP-300 istehsalatının effektivliyinin artırılmasıdır. KİV nümayəndələrinə, həmçinin SOCAR və UNIPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin - “SOCAR-UNIPER” MMC-nin yaradılması haqqında da məlumat verilib. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51 faizlik, UNİPER isə 49 faizlik paya sahib olacaq. Bundan başqa, yeni buxar turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi də imzalanıb. Bu yaxınlarda təməlqoyma mərasimi keçirilmiş qurğunun inşası Etilen-polietilen zavodunda buxar generator kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.

“SOCAR Polymer” MMC-də mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, 2013-cü ildə bu müəssisəyə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Artıq polipropilen qurğusunun tikintisinə başlanılıb və qurğunun 2018-ci ilin I rübündə istismara verilməsi nəzərdə tutulur. Bu qurğuda ildə 180 min ton polipropilen məhsulu istehsal edəcək. Eyni zamanda, yüksək sıxlıqlı polietilen - HDPE qurğusunun tikintisi üçün də mühəndis-axtarış işləri aparılır. İstehsal gücü ildə 120 min ton olacaq qurğunun inşası 2018-ci ildə tamamlanacaq. Məhsulun 30 faizi daxili bazar, 70 faizi ixrac üçün nəzərdə tutulub. Başa çatdıqdan sonra “SOCAR Polymer” zavodunun ölkəmizin ixrac potensialını artırmaqla, 10-11 milyard ABŞ dolları gəlir gətirməsi gözlənilir ki, bunun da 30 faizi xalis mənfəət kimi proqnozlaşdırılır. Həmçinin “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə 1,5 milyard ABŞ dolları məbləğində vergi ödənilməsi planlaşdırılır.

Karbamid (Azot gübrəsi) zavodu ilə tanışlıq zamanı müəssisənin direktoru Xəyyam Cəfərov bildirib ki, zavodun təməli 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub. Layihə üzrə mühəndislik, satınalma və tikinti, yəni MST podratçısı 2011-ci ilin avqust ayında elan olunmuş beynəlxalq açıq tender vasitəsilə seçilib. Tender təkliflərinin qiymətləndirilməsi nəticəsində “Samsung Engineering Co, Ltd.” şirkəti MST podratçısı seçilib. Daha sonra, 2013-cü ilin avqust ayında SOCAR ammonyak və karbamid istehsalı üzrə iki beynəlxalq nüfuzlu texnologiya şirkəti – “Haldor Topsoe” (Danimarka) və “Stamicarbon B.V” (Hollandiya) ilə lisenziya müqavilələri bağlayıb.

Layihənin effektiv həyata keçirilməsi və idarə edilməsi məqsədilə “Neste Jacobs Oy” (Finlandiya) şirkəti beynəlxalq açıq tender əsasında layihənin idarə edilməsi üzrə məsləhətçi seçilib. Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması və 2018-ci il əvvəlində istismara verilməsi planlaşdırılır. Burada gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid istehsal ediləcək. SOCAR tərəfindən bu layihənin icra edilməsi dövlət iqtisadiyyatının əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Bununla yanaşı, zavodda istehsal edilən azot gübrələri (illik təxminən 650-660 min ton) daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara dəniz limanlarından dünya bazarlarına ixrac olunacaq. Hazırda Türkiyə karbamidin ixracı üçün əsas bazar kimi nəzərdə tutulur. Aşağı xammal qiymətləri və hədəf bazarlarına yaxınlıq nəzərə alınaraq, zavodun digər regional azot gübrələri istehsalçılarına münasibətdə rəqabət üstünlüyünə malik olması gözlənilir.

Ümumilikdə layihənin təxminən 81 faizi icra edilib. Əsaslı layihələndirmə və satınalma işləri demək olar ki, tamamlanıb və tikinti işlərinin 40 faizi görülüb. Zavod kompleksi üçün hazırlanması uzun müddət tələb edən əsas avadanlıqların 96 faizi artıq Azərbaycana gətirilib. Karbamid zavodunun tikintisində istifadə edilən avadanlıq və materiallar Asiya, Avropa və Amerikanın müxtəlif beynəlxalq nüfuzlu şirkətlərindən satın alınıb.

SOCAR-ın reallaşdırdığı layihələr çərçivəsində görülən işlər media nümayəndələri tərəfindən maraqla qarşılanıb.

KİV nümayəndələri SOCAR-ın Sumqayıtda həyata keçirdiyi layihələrlə tanış olublar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ VİDEO

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında