SİYASƏT


KİYEVDƏ MİLLİ MƏDƏNİYYƏTLƏR BAYRAMI

AZƏRTAC-ın Ukraynadakı müxbiri xəbər verir ki, fevralın 28-də Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin Mədəniyyət və İncəsənət Mərkəzində “Qafqaza sülh” birinci Ukrayna festivalı keçirilmişdir. Ukraynanın Milli Mədəniyyətlər Cəmiyyətinin təşkil etdiyi Cənubi Qafqaz ölkələrinin milli mədəniyyətlərinə baxışda Azərbaycan incəsənətini “Vətən” musiqi-rəqs ansamblı, qardaş gürcü xalqını isə müğənnilər Aniko Dolidze və Liya Şaverdaşvili təmsil edirdilər.

Cənubi Qafqaz xalqlarının mədəniyyətlərini təmsil edən özfəaliyyət artistlərini “Şaxar” yəhudi ansamblı salamlamışdır.

Ukraynadakı səfirliyimizin diplomatları, Azərbaycan diasporunun nümayəndələri konsertdə olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.