İQTİSADİYYAT


KOBİA ABŞ-Azərbaycan Ticarət Palatasına üzv qəbul edilib

Bakı, 17 avqust, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində ABŞ-Azərbaycan Ticarət Palatasına (USACC) üzv olub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq agentlik və ABŞ-ın KOB sahəsində fəaliyyət göstərən qurumları, eləcə də Azərbaycan və ABŞ iş adamları arasında əməkdaşlığın genişləndirilməsinə, birgə tədbirlərin və layihələrin icrasına xidmət göstərəcək.

Qeyd edək ki, KOBİA və USACC arasında 2019-cu ildən əməkdaşlıq var. Bu müddət ərzində KOBİA və USACC-ın birgə təşkilatçılığı ilə Azərbaycan KOB-ları üçün bir sıra tədbirlər və təlimlər təşkil edilib.

KOBİA-nın KOB-lara dəstək və xidmət sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, KOB-lar arasında əlaqələrin genişləndirilməsi, KOB-ların şəbəkələşməsinin dəstəklənməsi, birgə təşəbbüslərin reallaşdırılması üçün bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlığı var. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.