İQTİSADİYYAT
KOBİA Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları ilə əlaqələri genişləndirir
Bakı, 15 oktyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları ilə əlaqələri genişləndirir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində oktyabrın 14-də Bakıda keçirilən biznes forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkiyənin “Ziraat Bank Azərbaycan” ASC və “Türkiyə İhracat Bankası” (“TurkEximbank”) arasında əməkdaşlığa dair niyyət protokolu, KOBİA ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA), Türk Katılım Bankları Birliyi (TKBB) və Özbəkistanın İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında 3 anlaşma memorandumu imzalanıb. Sənədlər KOBİA ilə Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar yaradacaq, birgə səylər nəticəsində KOB-lar üçün qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi təmin olunacaq.