İQTİSADİYYAT


KOBİA Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi ilə əməkdaşlıq edəcək

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Kiyev şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi ("Ukraine Invest") arasında əməkdaşlıq memorandumu imzalanıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsinin Baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar. Sənəd Azərbaycan və Ukrayna sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin təşviqi məqsədilə potensial investisiya layihələrinin, digər sahələr üzrə məlumatların, KOB-lara xidmət üzrə təcrübə mübadiləsinin, sahibkarlar üçün qarşılıqlı tanıtım tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.