İQTİSADİYYAT


“KOB Fest” sərgi-satış yarmarkalarında 500-dən çox KOB subyektinin iştirakı təmin edilib

Bakı, 12 avqust, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə ölkənin 7 rayonunda təşkil olunmuş “KOB Fest” sərgi-satış yarmarkalarında 500-dən çox mikro, kiçik və orta sahibkar iştirak edib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Bakı, Şəmkir, Gəncə, Lənkəran, Sumqayıt, Quba və Şəkidə keçirilmiş “KOB Fest” sərgi-satış yarmarkalarında iştirak etmiş KOB subyektlərinin 80 faiz çoxu mikro sahibkarlardır.

Yarmarkalarda ümumilikdə 1000-dən çox adda kənd təsərrüfatı, sənaye, tekstil, un məmulatları, hazır qida, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilib və satılıb.

Yarmarkalarda yerli istehsal ilə yanaşı, müxtəlif sahələrdə xidmət göstərən KOB subyektlərinin xidmətləri təqdim olunub, müxtəlif sahələr üzrə master-klasslar, mədəni-əyləncəli proqram təşkil edilib. Yarmarkalarda sosial həssas kateqoriyaya aid şəxslərin iştirakı da təmin olunub.

“KOB Fest” sərgi-satış yarmarkalarının təşkilində məqsəd mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.