İQTİSADİYYAT


KOB inkişaf mərkəzləri sahibkarlar arasında əlaqələrin genişlənməsinə dəstək göstərir

Bakı, 16 sentyabr, AZƏRTAC

Göyçay və Ağdaş rayonlarında fəaliyyət göstərən sahibkarlar Lənkəran rayonunda yerləşən çəltik sahələrində və emal zavodunda olublar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, KOBİA-nın Lənkəran və Göyçay-Ağdaş KOB inkişaf mərkəzlərinin dəstəyi ilə təşkil olunmuş səfərin məqsədi çəltikçiliklə məşğul olan Lənkəran fermerləri ilə Göyçay və Ağdaşdan olan sahibkarlar arasında əməkdaşlığın qurulması və təcrübə mübadiləsinə dəstək olmaqdır.

Çəltik təsərrüfatında olan sahibkarlar çəltik əkini, aqro-turizm təsərrüfatında sitrus və kivi bağlarına qulluq, çəltik emalı zavodunda isə çəltiyin emalı prosesi ilə tanış olublar.

Tədbir çərçivəsində, həmçinin Lənkəran KOB İnkişaf Mərkəzində sahibkarlar üçün təlim təşkil olunub. Təlimdə sahibkarlar çəltiyin satışı, bu məhsulun daxili və xarici bazarlara çıxarılmasına dair məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.