ELM VƏ TƏHSİL


KPMG şirkətinin UNEC-də növbəti karyera günü

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə KPMG şirkətinin növbəti karyera günü keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 4-cü kurs tələbələri KMPG Azərbaycan nümayəndəliyində işə qəbul üçün test imtahanından keçiblər.

İmtahandan uğurlu nəticə əldə edən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bu mərhələdə müvəffəqiyyət qazanan namizədlər nüfuzlu şirkətin peşəkar heyəti ilə işə başlayacaq.

Qeyd edək ki, analoji imtahanlar müvafiq fakültələrdə də təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.