Kaliforniyada benzinin qiyməti növbəti rekord həddə çatıb
AzerTAg.az
Vaşinqton, 18 may, AZƏRTAC
ABŞ-da bir qallon (3,785 litr) benzinin orta qiyməti növbəti rekord həddə - 4,5 dollara çatıb, Kaliforniyada isə 1 qallon benzin 6 dollardan baha satılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Avtomobilçilər Assosiasiyasının mətbuat üçün məlumatında deyilir. Bildirilir ki, ölkədə 1 qallon benzinin qiyməti 4,523 dollaradək qalxıb. Bu, yaxın vaxtlardakı rekord qiymətdən 4 sent yuxarıdır. Yanacağın qiyməti səkkizinci gündür ardıcıl olaraq tarixi maksimumu yeniləyir. Əhalinin ən sıx yaşadığı və benzinin qiymətinin ənənəvi olaraq baha olduğu Kaliforniya ştatında 1 qallon benzin 6,021 dollara başa gəlir. Vaşinqtonda və Kolumbiya dairəsində yerləşən yanacaqdoldurma stansiyalarında ən ucuz benzinin dəyəri 5 dollar və yuxarıdır.
AZƏRTAC-ın Vaşinqton bürosu

Xəbərin mətnində orfoqrafik səhv var