MƏDƏNİYYƏT


Kamera və Orqan Musiqisi zalında gənc ifaçıların konserti olacaq

Bakı, 6 avqust, AZƏRTAC

M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqisi zalında “Gənclərə dəstək” layihəsinin növbəti konsert proqramı təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə Respublika İncəsənət Gimnaziyasının “Qanun kvarteti”, Natəvan Həsənova (qanun), Svetlana Əhmədova (piano), Emil Qurbanov (tar), Aytən Babayeva (piano), Surə Rüfət (violin), Cəmalə Abdinzadə (piano), İsmayıl Zülfüqarov (tar), Atabəy İsmayılov (piano), Sevinc Kərimova (piano), Aytən Rüstəmova (kamança), Hüseyn Nağıyev (kamança) Lalə Əhmədova (bəstəkar) və başqa gənc ifaçılar çıxış edəcəklər.

Konsert zamanı Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.