DÜNYA


Kamerunda keçirilən Afrika Millətlər Kuboku zamanı yaranan sıxlıq səbəbindən azı 8 nəfər ölüb

Bakı, 25 yanvar, AZƏRTAC

Kamerunda keçirilən Afrika Millətlər Kuboku zamanı yaranan sıxlıq səbəbindən azı 8 nəfər ölüb.

AZƏRTAC “Yerusəlim Post”a istinadla xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat verib. Hadisə paytaxt Yaounde şəhərindəki Olembe stadionunun qarşısında, Kamerun- Komor adaları matçında yaşanıb. Əlli minə qədər azarkeş eyni anda stadiona daxil olmaq istəyərkən sıxlıq yaranıb. Ölənlərin arasında uşaqların da olduğu bildirilir. Bölgənin qubernatoru Naseri Paul Biyanın sözlərinə görə, hadisə nəticəsində azı 40 nəfər yaralanıb. Bu isə itkilərin arta biləcəyi ehtimalı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.