SİYASƏT


Kamil Aydın: Azərbaycana və Türkiyəyə qarşı ikili standartlara son qoyulmalıdır VİDEO

Strasburq, 28 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasında hökm sürən ikili standartlara son qoyulmalıdır. Demokratiyadan dərs deməyə çalışırlar, ancaq özləri demokratiyaya riayət etmirlər.

Bu fikri Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamil Aydın AZƏRTAC-a müsahibəsində söyləyib.

Deputat qeyd edib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycana və Türkiyəyə qarşı ikili standartlar nümayiş etdirilir. Biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Bu gün Azərbaycanın torpaqları işğal altındadır. Buna göz yummaq olmaz. Bizə qarşı sərgilənən ikili standartlara son qoyulana qədər mübarizəmizi davam etdirəcəyik. Sonda qalib gələcəyik, çünki haqlıyıq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.