DÜNYA


Kanadada ibtidai və orta məktəb müəllimləri tətil edirlər

Vaşinqton, 22 yanvar, AZƏRTAC

Son 20 ildən artıq müddətdə ilk dəfə olaraq, Kanadanın Ontario əyalətindəki bütün əsas həmkarlar ittifaqları eyni vaxtda etiraz aksiyasına başlayıblar. Onlar əməkhaqqının artırılması və siniflərdə şagirdlərin sayının azalmasını tələb edirlər.

AZƏRTAC xəbər verir ki, Ontarionun Baş Naziri Duq Fordun sözlərinə görə, həmkarlar ittifaqları “valideynləri girov qismində” saxlayır. Duq Ford bəyan edib ki, onun hökuməti əməkhaqqının artırılmasının birfaizli məhdudiyyəti barədə özünün təklifinə qəti surətdə tərəfdar olacaq.

Əyalətin təhsil işçilərinin ən iri həmkarlar ittifaqı, 83 min üzvü olan Ontario ibtidai sinif müəllimləri federasiyası (ETFO) tətillərə bazar ertəsi başlayıb. Toronto, York və Ottavada bir neçə məktəb bağlanıb. Həmkarlar ittifaqının üzvləri “əmək müqaviləsinin şərtlərinə ciddi riayət edilməsi” rejimində işləməyi qərara alıblar. Bu rejimə yalnız tədris vaxtı iş, məktəbdə adi iş günündən əlavə vaxtda sinifdənkənar fəaliyyət və məktəb ekskursiyalarında iştirakla bağlı işin dayandırılması aiddir.

Bununla yanaşı, çərşənbə axşamı orta məktəblərin ictimai həmkarlar ittifaqı öz tətillərini davam etdirib. Həmin gün katolik müəllimlərin həmkarlar ittifaqı bütün əyalətdə birgünlük tətil keçirib.

Təhsil naziri Stiven Leççe ibtidai sinif müəllimləri federasiyasının aksiyasını “qəbuledilməz” adlandırıb və qeyd edib ki, həmkarlar ittifaqının belə hərəkətləri ucbatından bütün əyalətdəki ailələr uşaqlara qulluq üçün əlavə vəsait axtarmağa məcbur olurlar.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.