Kanadadakı diasporumuz beynəlxalq təşkilatlara müraciət edib
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı Kanada ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət edib.
AZƏRTAC xəbər verir ki, bəyanatda bu ölkədə yaşayan Azərbaycan əsilli kanadalıların İrandakı səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri Orxan Əsgərovun qətli və iki əməkdaşın yaralanması ilə nəticələnən terror aktından dərin narahatlıq keçirdikləri vurğulanıb.
Diaspor təşkilatı yerli və beynəlxalq ictimaiyyəti regionumuzda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, sülh və insanlıq əleyhinə yönəlmiş cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.
Xəbərin mətnində orfoqrafik səhv var