DÜNYA


Kanat Bozumbayev: AES-in tikintisində ictimai rəy nəzərə alınacaq

Nur-Sultan, 9 aprel, AZƏRTAC

Qazaxıstanın energetika naziri Kanat Bozumbayev ölkəsində AES-in tikintisi ilə bağlı məsələyə münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, Kanat Bozumbayev Qazaxıstanda AES-in tikintisində nazirliyin ictimai rəyi nəzərə alacağını deyib.

"Cəmiyyətin bu məsələ ilə bağlı kəskin münasibətini anlayırıq. Semipalatinsk nüvə poliqonu xoşagəlməz xatirələrin nəticəsidir. Hər hansı qərar qəbul edilərsə, ictimai rəy nəzərə alınacaq, yerli icra orqanları ilə məsləhətləşmələr aparılacaq. Rusiya tərəfi təklif verib və biz cəmiyyətimizə məlumat verəcəyik, bu məsələ hökumət rəhbərliyi və dövlət başçısının nəzarətində olacaq", deyə - Kanat Bozumbayev deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı Moskva və Nur-Sultan şəhərləri arasında enerji sahəsində əməkdaşlığı genişləndirməyi və Qazaxıstanda Rusiya texnologiyaları əsasında AES-in tikilməsini təklif etmişdi.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.