İQTİSADİYYAT
Kapital Bazarı üzrə Təlim Mərkəzi və Bakı Avrasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 11 sentyabr (AZƏRTAC). Sentyabrın 11-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi (KBTM) ilə Bakı Avrasiya Universiteti (BAAU) arasında anlaşma memorandumu imzalanıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, memorandumda maliyyə bazarları sahəsinə dair seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihələrin və proqramların həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimində KBTM ilə BAAU arasında maliyyə, qiymətli kağızlar bazarları üzrə tədris materiallarının təkmilləşdirilməsi və ayrı-ayrı istiqamətlərdə peşəkar təlimlərin təşkili, həmçinin gələcəkdə birgə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]