İDMAN


Karateçilərimizin birinci MDB Oyunlarında böyük uğurlar qazanacaqlarına inanırıq

Bakı, 8 avqust, Leyla Qurbanova, AZƏRTAC

Birinci MDB Oyunlarına komandamızın hazırlığı açıq havada keçiriləcək. Azərbaycan karateçilərinin son illər əldə etdiyi nailiyyətlər yığmamızın güclü potensialından xəbər verir. Bu məsul yarışa yüksək səviyyədə hazırlıq qarşıda duran əsas vəzifədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində karate üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Şahin Xudaverdiyev deyib.

Məşqçi bildirib ki, Oyunlarda komandamız 14 karateçi ilə təmsil olunacaq. Onların hər biri medal qazanmağa iddialı idmançılardır. Ümid edirik ki, karateçilərimiz birinci MDB Oyunlarında böyük uğurlar qazanacaqlar.

Bu ilin payızında Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılan birinci MDB Oyunlarında Rusiya və Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları da iştirak edəcəklər.

Oyunlarda idmançılar cüdo, sambo, voleybol, çimərlik həndbolu, minifutbol, boks, tay boks, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armsterlinq, mas-restlinq, idman güləşi, qurşaqtutma (koreş), atletika və basketbol (3x3) kimi idman növlərində yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.