İDMAN


Karateçimiz Dünya Çimərlik Oyunlarında uğurla çıxış edərək növbəti mərhələyə yüksəlib

Bakı, 12 oktyabr, AZƏRTAC

Karate üzrə Azərbaycan milli komandasının üzvü Roman Heydərov Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Qətərin paytaxtı Dohada keçirilən Dünya Çimərlik Oyunlarında mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, R.Heydərov kata yarışlarında uğurla çıxış edərək növbəti mərhələyə yüksəlib. Bu yarışların mükafatçıları oktyabrın 13-də müəyyənləşəcək.

Qeyd edək ki, karate bu mötəbər yarışın proqramına ilk dəfə daxil edilib. İdmançılar Oyunlarda təkcə kata yarışlarında mübarizə aparırlar. Yarışda 5 qitədən 33 ölkəni təmsil edən 64 karateçi iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.