CƏMİYYƏT


Kardionevroz xəstənin həyat keyfiyyətini aşağı salır

Bakı, 30 noyabr, AZƏRTAC

Kardionevroz polinevroloji xəstəlikdir. Ürək çox həssas orqan olduğuna görə istənilən stress və həyəcan onun fəaliyyətinə təsir edir, qan dövranı sürətlənir, döyüntülərin sayı artır, ritm dəyişir. Orqanizm stresslərə daha çox məruz qalanda isə ürək döyünməsinin tutma şəkilli xarakter alması ürək nevrozunun inkişafından xəbər verir. Müasir dövrdə stressiz ötüşmək mümkün olmadığına görə ürək həddindən artıq yüklənməyə məruz qalır, fəaliyyətində pozulmalar əmələ gəlir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova bu barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Kardionevroz özünü müxtəlif əlamətlərlə büruzə verir. Lakin bu xəstələrin hamısının ürək nahiyəsində sancı və sızıldayıcı ağrı müşahidə olunur. Xəstə özünü pis hiss edir, ölüm qorxusu, güclü həyəcan və təşviş hissi yaranır. Ağrı ilə yanaşı nəfəsalmanın çətinləşməsi, yuxu pozulması, ümumi zəiflik, ətrafların keyiməsi və baş gicəllənməsindən şikayətlər olur. Fizikal müayinədə taxikardiya, arterial təzyiqin yüksəlməsi və tərləmənin artması aşkar edilir.

Ürək nevrozu həyati təhlükə yaratmasa da, xəstənin həyat keyfiyyətini aşağı salır. Bu səbəbdən həkimə müraciət etmək mütləqdir. Kardionevrozun müalicəsində dərman maddələri ilə yanaşı ürək-damar sisteminin tonusunu və yuxunu tənzimləmək üçün fitoterapiyadan geniş istifadə edilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.