İDMAN


Karlsen: Blits üzrə dünya çempionatında çətinliklə qalib gəldim

Bakı, 31 dekabr, AZƏRTAC

Norveçli qrossmeyster Maqnus Karlsen Sankt-Peterburqda blits üzrə dünya çempionluğunu çox çətinliklə əldə etdiyini bildirib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Maqnus Karlsen bu barədə jurnalistlərə açıqlamasında bildirib: “İndi mən yalnız yorğunluq hiss edirəm və fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm. Turnirdə qələbəyə çətinliklə nail oldum. Bir gün istirahət etməyi və Yeni ildə məşqlərə başlamağı planlaşdırıram”.

Qeyd edək ki, 28 yaşlı Maqnus Karlsen blits üzrə dünya çempionatında 21 turdan 17 xal toplayaraq qızıl medala sahib olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.