ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib
Bakı, 28 yanvar, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq keçirilən iclasda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar il ərzində apardıqları elmi-tədqiqat işləri barədə hesabat veriblər. Hesabatlar ətrafında müzakirələr aparılıb.
Sonda komissiya üzvləri tərəfindən doktorant və dissertantların fəaliyyəti qənaətbəxş hesab edilib, onlara müvafiq təklif və tövsiyələr verilib.