ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda magistrantların qış imtahan sessiyası keçirilir
Bakı, 12 yanvar, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların qış imtahan sessiyası başlayıb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, imtahanlarda qeyri-üzvi kimya, fiziki-kimya, kimyəvi kinetika və kataliz, yüksəkmolekullu birləşmələr kimyası, kompozisiya materialları kimyası, neft-kimya proseslərinin riyazi modelləşdirilməsi ixtisasları üzrə I və II kursda təhsil alan 17 magistrant iştirak edib. Magistrantlar kimyanın müasir problemləri, polimer kompozisiyaların analizi, kvant kimyası, birləşmələrin fiziki-kimyəvi parametrlərinin qiymətləndirilməsi, koordinasiya birləşmələri fənləri üzrə imtahan veriblər. İmtahanlar "Zoom" platformasından istifadə edilməklə onlayn formatda təşkil olunub.
Qış imtahan sessiyası fevralın 2-dək davam edəcək.