ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları II Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 26 sentyabr, AZƏRTAC
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb. İnstitutun əməkdaşları 27 Sentyabr - Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Vətən müharibəsində şanlı Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi, Böyük Qələbə qazandıq. Bu Zəfər bizim vətənpərvər, mərd, azadlıqsevər bir xalq olduğumuzu dünyaya bir daha göstərdi.
Xalqımız şəhidlərimizin xatirəsini həmişə uca tutacaq. Şəhidlərin xatirəsi könüllərdə yaşayır.