İQTİSADİYYAT
Keçən ay Azərbaycan gündəlik 750,6 min barrel neft hasil edib
Bakı, 10 mart, AZƏRTAC
Fevral ayı üzrə Azərbaycanda sutkalıq neft hasilatı 750,6 min barrel olub. Bunun 667,4 min barrelini xam neft, 83,2 min barrelini kondensat təşkil edib. Gündəlik 530,3 min barrel xam neft, 79,6 min barrel kondensat, 12,4 min barrel neft məhsulları ixrac olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamaq öhdəliyini artıqlaması ilə yerinə yetirib.
Nazirlik fevral ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin (“OPEC+”) 7-ci iclasında qəbul edilmiş razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası bu il martın sonunda başa çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]