MƏDƏNİYYƏT


Kənan Quluzadə: Xəzər dənizində kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür

Bakı, 14 iyun, AZƏRTAC

Xəzər dənizində kruizlərin başlanması Rusiyanın təşəbbüsüdür və həmin gəmi “Pyotr Velikiy” gəmisidir ki, onu Rusiyada hazırlayırlar.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin də Bakıya səfəri çərçivəsində həmin məsələyə toxunub və Rusiyadakı tərəfdaşlara bu işin tezləşdirilməsini tapşırıb: "Azərbaycan Həştərxan quberniyasının Turizm Nazirliyi və müvafiq dəniz qurumları ilə danışıqlar aparır. Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib. Kruizin 2020-ci ildə başlanması gözlənilir. Bu, Xəzəryanı 5 dövləti əhatə edəcək. Azərbaycan turizminin inkişafı üçün böyük bir imkan var. Bu layihə tam olaraq Rusiyanın layihəsidir. Azərbaycan və digər dövlətlər buna dəstək olurlar”.

Çimərliklərlə bağlı məsələyə toxunan K.Quluzadə həmçinin qeyd edib ki, agentlik bu ildən çimərliklərlə bağlı monitorinqə başlayıb. Monitorinqin məqsədi çimərliklərin abadlaşdırılması və buraya girişin ödənişsiz olmasından ibarətdir. Çimərliklər ancaq göstərdiyi xidmətə görə pul almalıdır. Belə ki, Turizm Agentliyi çimərliklərin ictimai olmasının tərəfdarıdır. Bu ilin sonunda monitorinqin nəticələri bəlli olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.