İQTİSADİYYAT


Kənd Təsərrüfatı Nazirliyi və BMT İnkişaf Proqramı təxminən 24 milyon dollarlıq layihəyə başlayır

Bakı, 29 iyun, Elvin Camalov, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi və BMT İnkişaf Proqramı təxminən 24 milyon dollarlıq layihəyə başlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai "Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi" mövzusunda layihənin giriş seminarında deyib.

O bildirib ki, layihənin maliyyə dəyərinin 4,1 milyon dolları Qlobal Ekoloji Fond, 200 min dolları BMT İnkişaf Proqramı, 20 milyon dolları isə Azərbaycan dövləti tərəfindən qarşılanıb. Kənd təsərrüfatı, o cümlədən bitki istehsalı və bağçılıq sahələrinə investisiyaları genişləndirməklə, ölkələr ətraf mühiti qorumuş olur və bununla yanaşı, aclığın aradan qaldırılması, yoxsulluğun azaldılması və insanların səlahiyyətlərinin artırılmasına müvəffəq olurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.