İQTİSADİYYAT


Kənd təsərrüfatı sahəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə memorandum imzalanıb YENİLƏNİB VİDEO

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti

ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, Memorandum 3 il müddətinə imzalanıb və Almaniya Hökumətinin həyata keçirdiyi "Cənubi Qafqazda təbii resursların idarə olunması və kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi" layihəsinin icraya

başlaması ilə qüvvəyə minəcək.

Memorandumun məqsədi torpaqdan əsas istifadə sistemi olaraq kənd təsərrüfatına xüsusi diqqətin yetirilməsi, təbii resursların səmərəli və davamlı idarə edilməsinin gücləndirilməsi, biomüxtəlifliyin və regionda mühüm ekosistem xidmətlərinin qorunmasıdır. Anlaşma ilə tərəflər “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yer alan ətraf mühitin qorunması və dayanıqlı kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində əlaqələrin qurulmasına zəmin yaradıblar.

“Bu memorandum bizə dünyanın ən inkişaf etmiş ölkələrindən birinin – Almaniya Federativ Respublikasının təcrübəsini kəndlinin ən böyük neməti olan torpağın qorunması üçün istifadə etmək imkanı verəcək. Dövlət xidməti və GIZ məlumat bazalarının strukturunun, istifadəsinin və məzmununun konsolidasiyası, aqrobiomüxtəliflik və ətraf mühitin qorunması istiqamətində birgə sosial-iqtisadi tədqiqatların aparılması, mövcud normativ sənədlərin qiymətləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması və başqa bu kimi fəaliyyətlərdə birlik nümayiş etdirə biləcək”,- deyə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.

GIZ-in proqram direktoru Hans-Yoaxim Lipp isə bildirib ki, anlaşma memorandumunun imzalanması ilə ətraf mühit sahəsində mövcud olan uzunmüddətli Alman-Azərbaycan əməkdaşlığı davam etdiriləcək və möhkəmləndiriləcək: "Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi kənd təsərrüfatının və otlaqların davamlı və biomüxtəliflikyönümlü inkişafı üçün 3 illik layihənin dəstəklənməsinə öz razılığını verib. GIZ təşkilatı Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu layihəni Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin tapşırığı ilə icra edəcək. Layihə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ətraf mühit mövzularının əhəmiyyəti baxımından hüquqi çərçivənin təkmilləşdirilməsini, aktual məlumatların verilməsini, kənd yerlərində pilot tədbirlərin icrasını və mütəxəssislərin təlimi və təkmilləşdirilməsini, həmçinin ictimaiyyətlə işi dəstəkləyir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.