İQTİSADİYYAT
Kənd təsərrüfatında tətbiq oluna biləcək yeni texnologiyalara dair təlim təşkil edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 5-də Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqının “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsi çərçivəsində nazirliyin əməkdaşları üçün kənd təsərrüfatında tətbiq oluna biləcək yeni texnologiyalara dair növbəti təlim təşkil edilib.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Beynəlxalq ekspertlər tərəfindən keçirilən təlimin mövzusu “Torpaq sahələrinin identifikasiyası sistemi (TSİS) və yerində yoxlamaların avtomatik idarə edilməsi üçün mövcud IT həlləri” olub. Layihənin beynəlxalq ekspertləri olan Pavel Trojacek, Jan Ausficir və Tomas Orlickas təlim iştirakçıları ilə təcrübələrini bölüşüblər.
Bundan əlavə, təlimdə əsasən gələcəkdə kənd təsərrüfatında tətbiq oluna biləcək texnoloji həllər haqqında məlumat verilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.