İDMAN


“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində növbəti tədbir İsmayıllıda təşkil olunub

Bakı, 10 sentyabr, AZƏRTAC

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir AFFA-nın və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, layihə Prezident İlham Əliyevin 2019-cu il dekabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi məqsədilə icra olunur.

Layihə çərçivəsində rayonun Hacıhətəmli və Mollaisaqlı kəndlərində 50 məktəbliyə futbola marağın artırılması məqsədilə idman geyimləri və toplar verilib.

Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatı Novruzəli Aslanov və digər rəsmi şəxslər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.