DÜNYA
Kerç boğazındakı Türkiyə gəmilərində yanğın davam edir
Moskva, 12 fevral, AZƏRTAC
Qara dənizdə yanvarın 21-də qəzaya uğramış Türkiyə gəmilərində yanğın hələ də söndürülməyib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin “Milenyum Denizcilik Gemi” şirkətinə aid “Maestro” və “Kandi” gəmilərində yanğın üç həftədir davam edir.
Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyindən bildiriblər ki, Türkiyə şirkəti ilə əlaqə saxlanılır. Yanğının söndürülməsi üçün mütəmadi tədbirlər görülür.
Xatırladaq ki, yanğının maye qazın bir gəmidən digərinə ötürülməsi zamanı baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində iki gəmidə olan 31 dənizçidən yalnız 12 nəfəri xilas etmək mümkün olmuşdu.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]