İDMAN


“Keşlə” hazırlıq prosesinin ikinci mərhələsinə Antalyada start verib

Bakı, 12 yanvar, AZƏRTAC

Yanvarın 12-də Bakının “Keşlə” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsinə Antalyada start verib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi yanvarın 26-dək Antalyada hazırlıq keçəcək.

Təlim-məşq toplanışı çərçivəsində “Keşlə” 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Artıq rəqiblərdən üçü müəyyənləşib. Belə ki, yanvarın 17-də təmsilçimiz Qazaxıstanın “Okjetpes”, altı gün sonra Rumıniyanın “Concordia”, ayın 25-də isə Rusiyanın “Çertanovo” klubu ilə qarşılaşacaq. Yanvarın 20-də də yoxlama oyununun keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.